Naxçıvanda əməkhaqqının miqdarı artıb

Naxçıvanda orta aylıq əməkhaqqının miqdarı açıqlanıb.

Xeber-ps.com-ın Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-aprel aylarında əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Beləliklə, muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 536,3 manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 519,9 manat olub.  

Nigar Məmmədova

1.0313770771027