İlham Əliyev və Mehriban Əliyeva akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib.

“Report” xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.

Qeyd edək ki, Ç.Qacar bu gün 92 yaşında vəfat edib.

0.31295895576477