“Mançester Yunayted”in sahibi Sulşerin qovulmasına razılıq verib - FOTO

İngiltərənin "Mançester Yunayted" klubunun ortaq sahibi Coel Qleyzer baş məşqçi Ole Qunnar Sulşerin qovulmasına razılıq verib.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, norveçli mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrılması ilə bağlı rəsmi açıqlama artıq hazırdır.

Bildirilib ki, “Mançester Yunayted”in texniki direktoru Darren Fletçer və məşqçi Maykl Karrik Sulşerin əvəzləyicisi tapılanadək komandaya müvəqqəti rəhbərlik edəcək.

 

0.35974502563477