Qalmaqallı İstanbul derbisini “Fənərbaxça” qazandı - VİDEO

Türkiyə Super Liqasının XIII turu İstanbul derbisi ilə əlamətdar olub.

Xeber-ps.com xəbər verir ki, “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.

Bu mövsüm yaxşı nəticələr əldə edə bilməyən nəhənglərin mübarizəsində qonaqlar qalib gəliblər.

Matçda hesabı “Qalatasaray” açıb. Kərəm Aktürkoğlu təkbətək epizodda dəqiq oynayıb.

Bundan az sonra oxşar vəziyyətdə Məsut Özil topu qapıdan keçirib.

Qalmaqallı, gərgin epizodları ilə zəngin olan matçda hakimlər hər iki komandadan oyunçulara və “Qalatasaray”ın baş məşqçisi Fatih Terimə ümumilikdə 13 sarı, iki qırmızı vərəqə göstərib.

Oyunda həlledici qolun müəllifi isə Krespo olub. O, qarşılaşmaya əlavə olunmuş 4-cü dəqiqədə qonaqların qələbə qolunu vurub.

0.3629629611969