Salyanda iki qardaş yol qəzasında xəsarət alıb

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1968-ci il təvəllüdlü Abışov Mübariz Hekayət oğlu və qardaşı, 1970-ci il təvəllüdlü Abışov Əfqan Hekayət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.32770419120789