Bakı sakininin bank hesabından 2500 manat oğurlandı

Bakıda kişinin bank hesabından 2500 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dekabrın 5-də Bakı şəhər sakini S.Alxanovanın bank hesabından 2500 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

0.3341281414032