"ALDP 20 ildir ki, parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir"

MSK artıq seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. Bir neçə ay bundan gabağ Hesablama Palatası da MSK-da maliyyə yoxlamalarına  başlayb.

Görəsən  bu hazırlıqlar nə ilə bağlıdır, referendum, yoxsa boş deputat yerlərinə təkrar seçkilərmi olacaq?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova  Baku News-a bildirdi ki,  vahid seçicilərin siyahıya alınması prosesi sırf Seçki Məcəlləsinin tələbidir və bu, hər dəfə ilin əvvəlində həyata keçirilir. Boş qalan dairələrdə seçkilərin və ya referendumun keçiriləcəyi barədə indi dəqiq fikir söyləmək olmaz, bunun qərarını Dövlət başçısı verir: 

“ALDP 20 ildir ki, parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir. Bununla  bağlı qanun layihəsi hazırlayaraq Prezident Administrasiyasına və parlamentə təqdim edib. Proporsional seçki sisteminin olmaması Azərbaycanda siyasi partiyaların fəaliyyətinə ciddi təsir edir. Digər prtiyaların mövqeyini görürük ki, onlar da proporsional seçki sisteminin olmasının vacibliyini bildirirlər. Bu məsələ referendumda öz həllini tapmalıdır. Ölkədə referendum keçirərək, bu sistemi bərpa etmək olar”.

Hesablama Palatasının  MSK-da maliyyə yoxlamalarına  başlanması məsələsinə gəlincə, Dinarə Məmmədova bildirdi ki, bu yoxlamaların hər il aparılması da qanunidir.

“O ki qaldı boş qalan deputat yerlərinə təkrar seçkilərində iştrak edib-etməməyimizə, onu elan edən zaman qərar verəcəyik”-Dinarə Məmmədova qeyd etdi. 

0.36604809761047