Moskvada itmiş modelin cəsədi bir il sonra başqa şəhərdəki çamadanda tapıldı

Təxminən bir il əvvəl Rusiya paytaxtında yoxa çıxan model Qretta Uedlerin meyiti Lipetskdə avtomobildə gizlədilən çamadanda tapılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Mənbə əlavə edib ki, hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Qeyd edək ki, Qretta Uedlerin yoxa çıxması barədə onun rəfiqəsi məlumat verib. Xanımın sözlərinə görə, onlar sonuncu dəfə 24 fevral 2021-ci ildə əlaqə saxlayıblar.

Rəfiqəsi bildirib ki, Uedler onu öldürməklə hədələyən və daim onu ​​təqib edən bir şəxslə yaxın münasibətdə olub.

Mənbə: mskagency.ru

0.43729615211487