Rusiya şəkər və taxıl məhsullarının ixracına qadağa qoydu

Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl məhsulları (buğda, çovdar, arpa və qarğıdalı), həmçinin üçüncü ölkələrə şəkər ixracına müvəqqəti qadağa haqqında fərman imzalayıb.

Sənədə əsasən, qadağa taxıl məhsulları üzrə 30 iyun, şəkər üzrə isə 31 avqust 2022-ci ilədək qüvvədə qalacaq.

Həmçinin, fərmanda bəzi istisna hallar da nəzərdə tutulub. Belə ki, şəkər və taxıl məhsullarının ixracı yalnız humanitar yardımın göstərilməsi, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq.

Mənbə: TASS

0.46802306175232