NTV kanalının aparıcısı Rusiyanı tərk edib istefa verdi

Rusiyanın NTV kanalının aparıcısı Liliya Gildeyeva 16 illik fəaliyyətindən sonra istefa verib.

O, “Varlamov News”a bildirib ki, xaricə gedib və istefa ərizəsini oradan yazıb.

“Mən qorxdum ki, məni elə-belə buraxmazlar”, - deyə o qeyd edib.

Gildeyeva “Seqodnya” (Bu gün) proqramının aparıcısı idi. 2013-cü ilə qədər o, verilişi televiziya jurnalisti Aleksey Pivovarovla birgə aparıb.

0.36480712890625