Rusiyalı məşhur şoumen Ukraynanı dəstəklədiyinə görə problemlərlə üzləşir

Rusiyalı tanınmış şoumen Maksim Qalkin öz mövqeyini səsləndirməkdən çəkinməyən rusiyalı ulduzlardan biridir.

Yumor ustası Ukraynaya dəstəyinə görə Rusiyada qadağan olunmuş sənətçilər siyahısına salınıb, konsertləri ləğv edilir və onu mükafat və titullardan məhrum etmək istəyirlər.

Həmçinin Qalkinlə reklam müqavilələrini pozmağa da başlayıblar. Bu barədə Rusiya mediasından birinə müsahibəsində ukraynalı sənətçi Andrey Danilko bəhs edib. O, ulduzlarının niyə kütləvi şəkildə Rusiyanı tərk etməyə başladığından danışıb:

“Çünki qorxurlar. Onlar qorxurlar, bəziləri tətil planlaşdırıblar. Maksim Qalkinlə danışdım – onlar planlaşdırıblar, xüsusən də onlarla bütün reklam müqavilələrindən imtina etdikləri üçün. O, ailəsi ilə İsrailə getdi və indiyə qədər xüsusi bir işi yoxdur”.

Qalkinin özü də Ukraynanı dəstəkləmək üçün sözlərindən vaz keçmək fikrində deyil. O, izləyicilərinin tənqidinə cavab verir, fikrini bildirir. Maksim Qalkin əslən erməni olan təbliğatçı Marqarita Simonyanın ərini də ələ salıb.

Qeyd edək ki, RU.TV Maksim Qalkin, Alla Puqaçeva Valeri Meladze və digər rusiyalı məşhurlarla əməkdaşlığa Ukraynanı dəstəklədiklərinə görə son oyub.

Mənbə: Segodnya

0.35521006584167