Azərbaycan güləşçiləri İtaliyada keçirilən Avropa çempionatında gümüş və bürünc medal qazanıblar

Romada (İtaliya) güləş üzrə gənclər arasında (U-20) Avropa çempionatı davam edir.

Azerisport.com xəbər verir ki, altıncı yarış günündə Azərbaycanı Ramik Heybətov (61 kq), Cəbrayıl Hacıyev (74 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aslan Abakarov (125 kq) təmsil ediblər.

C.Hacıyev finala yüksəlib, R.Heybətov isə bürünc medal uğrunda mübarizə aparacaq.

Bununla yanaşı, Sabir Cəfərov (70 kq) finalda uduzaraq gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.

Hazırda Azərbaycan güləşçiləri toplam dörd qızıl, iki gümüş və beş bürünc medal qazanıblar.

0.38877606391907