Pike övladlarının öz yanında qalmasını istəyir

“Barselona"nın müdafiəçisi Jerar Pike iki oğlunun onunla birlikdə yaşamasını istəyir.

Futbolçu Milan və Saşaya qanuni qəyyum olmağı tələb edir.

Müdafiəçi hesab edir ki, oğlanlar bütün həyatlarını keçirdikləri Kataloniyada qalmalıdırlar.

Onların anası müğənni Şakira isə Barselonada qalmaq istəmədiyi üçün uşaqları Mayamiyə köçürmək niyyətindədir.

Qeyd edək ki, məhkəmədə Pikenin maraqlarını boşanma üzrə ixtisaslaşmış vəkil Tamborero Aboqadosa, Şakiranın maraqlarını isə ailə vəkili Pilar Mane müdafiə edəcək.

Mənbə: sports.ru

0.3818531036377