“Vest Hem” üç tur sonra tək qolla, “Tottenhem” Keynin dublu ilə qələbə qazandı – VİDEO

İngiltərə Premyer Liqasında IV tura yekun vurulub.

Xeber-ps.com xəbər verir ki, turun son oyun günüdə üç qarşılaşma baş tutub.

“Aston Villa” öz meydanında xalsız “Vest Hem”i qəbul edib.

İlk üç oyununda qələbə bir tərəfə, qol vurmağa belə həsrət qalan “çəkicdöyənlər” bu matçda vurduğu ilk qolla ilk qələbəsini qazanıb.

Günün ikinci matçında “Vulverhempton” “Nyukasl”la xalları yarı bölüb – 1:1.

Nəhayət turun son görüşündə “Nottingem Forest”lə “Tottenhem” üz-üzə gəlib.

Hücumçu Harri Keynin dubl etdiyi görüşdə “Tottenhem” 2:0 hesablı qələbə qazanıb. İngiltərə millisinin üzvü bu oyunda vurduğu qollarla Premyer Liqadakı qollarının sayını 201-ə yüksəldib.

0.39384198188782