“Sabah” qalib gəlib vahid lider oldu – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Xeber-ps.com xəbər verir ki, turun son matçında “Qəbələ” “Sabah”ı qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Sabah” vahid lider olub. “Qəbələ” isə 9 xalla 3-cü pillədə qərarlaşıb.

0.36083102226257