Lənkəranda güclü külək səbəbindən bir neçə ərazidə elektrik enerjisinin verilişi dayanıb - FOTO

Lənkəranda güclü külək fəsadlar törədib.

APA-nın məlumatına görə, şəhərin Koroğlu küçəsində irigövdəli ağac Nuranə Əliyevaya məxsus evin üstünə aşıb.

Ərazidəki elektirik xətləri qırılıb.

Hazırda şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanıb.

Güclü külək hələ də davam edir.

0.44912195205688