Qubada tikinti zamanı usta ölüb

Qubada usta bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə rayonun Amsar kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Elman Süleymanov tikinti işləri görən zaman üzərinə taxta konstruksiya aşıb. Nəticədə Elman Süleymanov hadisə yerində ölüb.

Araşdırma aparılır.

0.30467987060547