Avtomobillə qadını vurub qaçan sürücü saxlanıldı

Sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub.

Daxili İşlər Nazirliyindən (DİN) Xeber-ps.com-a verilən məlumata görə, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra qadın buraxılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

0.37517404556274