Ağır məktəbli çantalarının, yanlış oturuş qaydasının azyaşlılara FƏSADLARI

“Düzgün qamət uşaqlarda özünəinam yaradır. Ona görə də ailədə uşağa düzgün oturuş qaydası öyrədilməlidir. Mütləqdir ki, baş gövdədən önə əyilməsin. Gövdə ilə parta arasında 30 santimetr məsafə olmalıdır. Məktəbli çantalarının hazırlanmasına valideyn nəzarəti mütləqdir. Çanta çox ağır olmamalıdır”.

Xeber-ps.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, fizioterapevt Təranə Məmmədova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib.

“Sümük orqanizmdə mühüm struktur rol oynayır. Tərkibində müxtəlif elementlər var. Valideynlər yeniyetmələrə bu baxımdan da nəzarət etməlidirlər. Qızlarda 12, oğlanlarda 14 yaşında sümüyün tərkibi dörd dəfə artır. Ona görə də yeniyetmələr aktiv olmalıdır. Tərkibində maqnezium, fosfor kimi elementlərlə zəngin qidalardan istifadə etməlidirlər. D vitamini qəbul etməlidirlər. Göyərtilərə, kökə üstünlük verməlidirlər”, - deyə həkim əlavə edib.

0.37607789039612