Assosiasiya sədri: “Mədəniyyət hər bir insanın həyatına toxunan anlayış və gücdür”

“Mədəniyyət hər bir insanın həyatına toxunan anlayış və gücdür”.

Xeber-ps.com xəbər verir ki, bunu “Cultural Network House” Assosiasiyasının təqdimat mərasimində qurumun sədri Aynur Süleymanzadə deyib.

Onun sözlərinə görə, assosiasiyada ustad dərsləri, “Biz sənətkarıq”, “Art-terapiya” kimi bir neçə mədəniyyət tədbiri həyata keçirilib.

A.Süleymanzadə eyni zamanda “Sənətə toxunuş” adlı layihənin qrant mükafatına layiq görüldüyünü əlavə edib.

Qeyd edək ki, layihənin məqsədi sosial-psixoloji vəziyyəti gərgin olan və sığınacaqlarda yaşayan ana və uşaqlarda art-terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılması və stresin azaldılmasına, özgüvənin artırılmasına dəstək olmaqdır.

Nəzrin Vahid

0.36421203613281