Bakıda iki minik avtomobili toqquşub - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində qəza baş verib.

APA-nın xəbərinə görə, “Kia” və “Lada” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

0.42079901695251