Bakıda qonşusu qadını döyərək əlini sındırdı

Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Ağahüseyin qızı qonşusu ilə mübahisə zamanı döyülüb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.38316512107849