Gədəbəydə 21 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

Gədəbəy rayonunda atdan yığılan 21 yaşlı gənc aldığı xəsarətdən ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində olub.

Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üzərində hərəkətdə olan zaman at hürkərək özünü yaxınlıqdan keçən "VAZ-21021" markalı avtomobilə çırpıb.

Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

0.39300298690796