Bakının Fətəli xan Xoyski prospektində təmir yekunlaşıb - FOTO/VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində təmiri yekunlaşdırıb.

Bu barədə agentlikdən məlumat yayılıb.

Məlumata görə, ümumilikdə təmir işləri 45 min kvadrat metrdən çox sahədə aparılıb. Nəticədə ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib.

Sonda yolgöstərici və yol-cizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılıb.

2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

Ötən il rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.