Rafael Nadal ata oldu

“Böyük Dəbilqə”nin 22 qat qalibi Rafael Nadal oktyabrın 8-də ata olub.

36 yaşlı idmançının həyat yoldaşı Hiska Perelyonun oğlu dünyaya gəlib və cütlük onun adını atasının şərəfinə Rafael qoymağa qərar verib.

Nadalın həyat yoldaşının hamiləliyi iyun ayında məlum olub. Daha sonra tennisçi Malyorkada keçirdiyi mətbuat konfransında xəbəri təsdiqləyib.

Cütlük hələ doğulmamış uşağın cinsiyyəti ilə bağlı rəsmi açıqlama verməyib.

Rafael Nadal və Hiska Perelyo 2019-cu ilin oktyabrında evlənmədən əvvəl 14 il birlikdə olublar.

Mənbə: gazeta.ru

0.75728487968445