Yardımlıda 26 yaşlı şəxsin meyiti meşədə tapılıb

Yardımlıda 26 yaşlı şəxsin meşədə meyiti tapılıb.

APA xəbər verir ki, Odurakəran kənd sakini, 1996-cı il təvəllüdlü Hakim Zahidovun ip ilə ağacdan asılmış meyiti kəndin yaxınlığında yerləşən meşəlik ərazidən aşkar edilib.

Onun meyitinin xarici müayinəsi zamanı heç bir xəsarət və zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

0.35465312004089