ALDP sədri: Bu Qarabağda yaşayan ermənilərin bir gün əvvəl keçirilən mitinqinə konkret sillə kimi cavabdır

“Soçi görüşü necə nəticələnməli idi, elə də nəticələndi. Mənim üçün qəbul olunan yekun sənəd gözlənilməz olmadı”

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Soçi şəhərində keçirilən üçtərəfli görüşü şərh edərək bildirib.

Onun sözlərinə görə danışıqlar gərgin şəraitdə keçsə də, nəticə gözlənilən idi:

“Prezidentlərin ikitərəfli görüşündə İlham Əliyev çıxışın başlancığında “Qarabağ problemi artıq tarixdədir və müzakirə predmeti ola bilməz. Bu iki il əvvəl həll olunub” deməsi, onun bu məsələdə qətiyyətli olduğunu göstərdi. Bu çox önəmli bir mesaj idi. Artıq danışıqların hansı istiqamətdə gedəcəyini göstərdi”.

Fuad Əliyev Putinin keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlıların mandatının uzadılması ilə bağlı səsləndirdiyi vacib bir məsələyə toxundu:

“Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri Rusiya sülhməramlı qüvvələrin Azərbaycanda müvəqqəti yerləşən ərazilərdən çıxmasıdır. Hesab edirəm ki, Putin keçirilən mətbuat konfransında buna tam aydın cavab verdi. Rusiya sülhməramlıların Qarabağdakı mandatının uzadılması imkanlarından danışan Putin qeyd edib ki, “kontingetin taleyi sərhədin demarkasiya və delimitasiyası ilə bağlı qərardan asılıdır”. Bu Qarabağda yaşayan ermənilərin bir gün əvvəl keçirilən mitinqinə konkret sillə kimi cavabdır”.

ALDP sədri “çətir” məsələsini texniki məsələ olduğunu qeyd edərək, ətraflı cəvab vermək istəmədi.

/Baku News/

0.32745504379272