DÇ-2022: Kosta Rikadan bərabərlik qolu - YENİLƏNİR + VİDEO

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında hesab dəyişib. 

Xeber-ps.com xəbər verir ki, qarşılaşmanın 59-cu dəqiqəsində Texeda Kosta Rikanın bərabərlik qoluna imza atıb. 

00:01

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında ikinci hissə başlayıb. 

Xeber-ps.com xəbər verir ki, Almaniya qalib gəlir.

23:47

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında ilk hissə başa çatıb. 

Xeber-ps.com xəbər verir ki, Almaniya qalib gəlir.

23:12

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında hesab açılıb. 

Xeber-ps.com xəbər verir ki, oyunun 10-cu dəqiqəsində Qnabri Almaniyanı hesabda önə çıxarıb. 

23:01

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçı başlayıb. 

Xeber-ps.com xəbər verir ki, matç saat 23:00-da start götürüb. 

22:24

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Kosta Rika və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Xeber-ps.com-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell, Cohan Veneqas

Almaniya: Manuel Noyer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Leroy Sane, Tomas Müller

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

0.35642886161804