“El-Klasiko”da qalib gələn “Barselona” Superkuboku qazandı - VİDEO

İspaniya Superkubokunun qalibi “Barselona” olub.

Xeber-ps.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinin Kral Fəhd adına beynəlxalq stadionunda baş tutan görüşdə kataloniyalılar “Real”la qarşılaşıblar.

“El-Klasiko”da hesabı “Barselona” açıb. 33-cü dəqiqədı Qavi fərqlənib. 45-ci dəqiqədə Levandovski fərqi iki topa çatdırıb. Pedrinin 69-cu dəqiqədə vurduğu qol isə “kataloniyalılar”ın qələbəsinə şübhə yeri qoymayıb – 3:0.

“Real”ın gücü təsəlli qoluna çatıb. 90+3-cü dəqiqədə Kərim Benzemə qol statistikasına birini də əlavə edib – 3:1.

0.32922410964966