Nəriman Abbasovun növbəti rəqibinin adı açıqlandı

Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun növbəti rəqibi bəlli olub.

Bu barədə 29 yaşlı döyüşçünün şəxsi məşqçisi Şəhriyar Abbasov özünün “Facebook” səhifəsində paylaşım edib.

Abbasov “Naiza Fighting Championship” turnirində qazaxıstanlı Fanil Rafikovla üz-üzə gələcək. Qarşılaşma bu ilin martında keçiriləcək.

Qeyd edək ki, Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.

0.40298390388489