İraqda Fars Körfəzi Kubokunun finalı faciə ilə başladı - VİDEO

İraqın Bəsrə şəhərindəki beynəlxalq stadionda Fars Körfəzi Kubokunun final mərhələsinin başlamasına bir neçə saat qalmış izdiham yaranıb. Nəticədə 80-ə yaxın insan yaralanıb, iki nəfər ölüb.

Bu barədə İraq DİN-dən bildirilib.

Məlumata görə, bu gün axşam stadionda Fars Körfəzi Kubokunun final oyunu keçirilməlidir. Oyuna getməyə çalışan iraqlı azarkeşlər səhər saatlarından stadiona toplaşmağa başlayıblar. Nəticədə basabas yaranıb, insanlar ayaq altında qalıblar.

Mənbə: Al Jazeera

0.31431007385254