“Adidas” rusiyalı futbolçularla müqavilələrə xitam verdi

Texniki sponsor “Adidas” yarımmüdafiəçi Aleksey Mirançuk istisna olmaqla, bütün rusiyalı futbolçularla müqavilələrə xitam verib.

Məlumata görə, alman brendi “Atalanta”dan icarə əsasında “Torino”ya keçən Mirançuka qarşı müqavilə öhdəliklərini yerinə yetirməkdə davam edir.

Müqaviləsinə xitam verilən fitbolçular arasında Denis Qluşakov, Aleksander Sobolev, İlzat Axmetov, Zelimxan Bakaev və digərləri var.

Bildirilir ki, alman şirkəti Rusiyanı tərk edərkən futbolçularla mövcud müqavilələrə xitam verilməsi və onlara bir illik təzminat ödənilməsi barədə əlavə anlaşma imzalanıb.

Mirançuka gəlincə, onun brendlə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

Mənbə: sports.ru

0.38501381874084