Fevralda Naxçıvanda vergi daxilolmaları 57 faiz artıb

Fevral ayında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 57 faiz artıb.

Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23,9 faiz artıb. Proqnoz 116,7 faiz səviyyəsində icra olunub.

2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.

Könül Cəfərli

0.47730803489685