Şəkidə dülgər sexində yanğın olub

Şəki şəhərində ümumi sahəsi 60 kvadrat metr olan dəmir konstruksiyalardan ibarət dülgər sexinin divarında quraşdırılan elektrik sayğacı, içərisində 2 ədəd dəzgah və taxta material 5 kvadrat metrdə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.44133687019348