Bərbəri öldürən şəxsin şikayəti əsasında məhkəmə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən İsmət Qədirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci il oktyabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində həmyaşıdı olan İlkin Qurbanlını bıçaqlayaraq qətlə yetirib. İsmət Qədirova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

0.36689710617065