Həbsdəki şirkət prezidenti olan qadın kassasiya şikayəti verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd edək ki, “Run Group” şirkətinin prezidenti İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var. Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.

0.2957170009613