Arvadını xəyanətə görə öldürən şəxsə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Murad Zamanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Murad Zamanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 20 sentyabr 2023-cü il tarixdə, gecə saat 2 radələrində Salyan şəhərində baş verib. Belə ki, Salyan şəhər sakini, 1965-ci il təvəllüdlü Murad Zaman oğlu Zamanov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nazilə Məhərrəm qızı Zamanovanı kəndirlə boğaraq qətlə yetirib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb. Murad Zamanov ifadəsində bildirib ki, arvadını ona xəyanət etdiyi üçün öldürüb.

0.3775589466095