Azərbaycan karateçisi Premyer Liqa turnirində üçüncü yeri tutub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa yarışında bürünc medal qazanıb.

Xeber-ps.com xəbər verir ki, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü kumite proqramında buna nail olub.

Qeyd edək ki, Azərbaycan turnirdə səkkiz idmançı ilə təmsil olunub.

Milli komanda yarışa məşqçilər Şahin Xudaverdiyev və Şahin Atamovun rəhbərliyi ilə yollanıblar.

0.57622694969177