Azərbaycan güləşçiləri “Çempionlar” turnirində 10 medal qazanıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində güləş üzrə “Çempionlar” turniri keçirilib.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, U-20 yaş qrupu üzrə təşkil edilən yarışda Azərbaycanı sərbəst və qadın güləşçilər təmsil ediblər.

Ənənəvi turnirdə idmançılarımız 10 (iki qızıl, iki gümüş, altı bürünc) medal qazanıblar. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Antalyada iştirak edən sərbəst güləş üzrə millinin altı üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kq) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kq), Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb. Yığmamız komanda hesabında üçüncü yeri tutub.

Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadınlardan ibarət millinin dörd üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kq) Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə (55 kq) və Nərgiz Səmədova (55 kq) isə bürünc medal əldə edib. Bu komandamız da yekunda üçüncü yeri tutub.

“Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.

0.32885599136353