Mayk Taysonun bloqerlə döyüşə görə qazana biləcəyi məbləğ AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki çəki dərəcəsində keçmiş UFC çempionu Henri Sexudo məşhur ABŞ-li boksçu Mayk Taysonla peşəkar boksda çıxış edən bloqer Ceyk Pol arasında keçiriləcək döyüş haqqında fikirlərini bölüşüb.

“Mən Mayka hörmət edirəm. Ancaq görünür, tanqo üçün iki nəfər lazımdır. Düşünürəm ki, ona çox yaxşı pul veriləcək. Ola bilsin ki, təxminən 20 milyon qazanacaq. Maykın isə 58 yaşı tamam olmaq üzrədir”, - deyə Sexudo bildirib.

Xatırladaq ki, Tayson və Pol arasındakı döyüş iyulun 20-nə təyin edilib. Bundan əvvəl onun rəsmi status ala biləcəyi bildirilirdi. Maykın hazırda 57, Ceykin isə 27 yaşı var.

Mənbə: championat

0.39723801612854