FIFA bəzi Türkiyə klublarına transfer qadağası qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA Türkiyədən altı klubun transferlərinə qadağa qoyulmasına qərar verib.

Qeyd olunur ki, bir Superliqa komandasına qeyri-müəyyən müddətlik transfer qadağası, dörd Super Liqa və bir 1-ci Liqa komandasına üç transfer dövrü ərzində qadağa qoyulub.

Super Liqada “Kayserispor”a qeyri-müəyyən transfer, “Adana Dəmirspor”, “Antalyaspor”, “Ankaragücü” və “Konyaspor”a isə 3 transfer müddətinə qadağa qoyulub.

Superliqa komandalarından başqa, 1-ci Liqada liderliyini davam etdirən “Eyüpspor” da 3 müddətlik cəza alıb.

Qərardan sonra “Eyüpspor” sosial şəbəkədə cəzanın 24 saat ərzində ləğv ediləcəyini açıqlayıb.

Mənbə: onedio.com

0.41051506996155