Belçika Kiyevə 200 milyon avro ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçika Avropa İttifaqından kənar ölkələrdə döyüş sursatlarının alınması üçün Ukraynaya 200 milyon avro ayırıb.

Bu barədə Belçikanın baş naziri Aleksandr De Kro məlumat verib.

“Biz buna 200 milyon avro sərmayə qoymuşuq. Biz bir çox ölkələrlə birgə işləyirik. Bu, Çexiya tərəfindən koordinasiya edilən Avropa İttifaqından kənar ümumi satınalmadır”, - deyə De Kro qeyd edib.

Baş nazirin sözlərinə görə, bu yardım Rusiyanın Belçikada dondurulmuş aktivlərinə investisiya qoyuluşundan əldə edilən gəlirdən alınan vergilər hesabına maliyyələşdirilir. De Kro sövdələşmənin yaxın vaxtlarda tamamlanacağını vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də ölkənin baş naziri “X” sosial şəbəkəsində bəyan edib ki, Belçika Çexiya təşəbbüsü çərçivəsində Ukraynaya 200 milyon avro ayırmaq niyyətindədir.

Mənbə: iz.ru

0.40363907814026