Britaniyada Safari parkında ayılar üçün maraqlı əyləncə təşkil edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Bedfordşir şəhərində yerləşən “Woburn” Safari parkının əməkdaşları orada yaşayan qara ayılar üçün maraqlı əyləncə təşkil ediblər.

Belə ki, son günlər yağan leysan yağışları qoruğun ərazisində kiçik gölün əmələ gəlməsinə səbəb olub, buna görə də parkın işçiləri bundan maksimum istifadə etmək qərarına gəliblər.

Parkın əməkdaşları ayıları qu quşu formasında olan katamarana əyləşdirərək, bununla da onların əylənməyinə şərait yaradıblar.

Mənbə: The Telegraph

0.45609903335571