Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Binəqədi Raron Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.38438105583191