Rusiyadan Türkiyəyə uçan təyyarənin uçuşu təxirə salınıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Vnukovo” hava limanında Türkiyənin İstanbul şəhərinə uçan təyyarədə baş verən hadisə səbəbindən uçuş təxirə salınıb.

Qeyd olunub ki, sərnişinlərdən birinin qeyri-adekvat davranışı uçuşun ləğvinə səbəb olub. Kişi ekipajın tələblərinə məhəl qoymadan kabinədə qışqırmağa və rəqs etməyə başlayıb.

Təyyarə uçuş-enmə zolağına çıxıb, lakin sərnişinin davranışına görə geri qayıtmaq qərarı  verilib. Polis əməkdaşları təyyarəyə minərək rəqsinə davam edən şəxsi təyyarədən endiriblər.

Şahidlərin sözlərinə görə, həmin şəxs artıq qeydiyyat zamanı qəribə hərəkətlər edib. Uçuş gecikib, lakin yaxın vaxtda yeni uçuş planlaşdırılır.

Mənbə: “SHOT” “Telegram” kanalı

0.29871106147766