Cənubi Koreya yeni kəşfiyyat peykləri buraxmağı planlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreya hərbçiləri KXDR-ə qarşı müstəqil kəşfiyyat aparmaq üçün 60-a yaxın kiçik peyk və mikropeyk əldə etmək və onları 2030-cu ilə qədər orbitə buraxmaq niyyətindədirlər.

Məlumata görə, Seul 10-dan 20-dək kiçik peyk və 40-a yaxın mikropeyk almağı planlaşdırır. Kiçik peyklər 2026-2028-ci illərdə, mikropeyklər isə 2028-2030-cu illərdə buraxıla bilər.

Cənubi Koreya hakimiyyəti bu təşəbbüsün həyata keçirilməsinə çalışır.

Mənbə: TASS

0.30599093437195