Nəzarətsiz qalan rusiyalı azyaşlı eskalatora ilişdi: Həyəcanlı anlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Novosibirsk şəhərində qorxulu anlar yaşanıb. Belə ki, ticarət mərkəzində valideynlərinin əlini buraxıb qaçan qız eskalatorun pillələrinə ilişib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Videodan görünür ki, uşağın ağlamaq səsinə qaçan ata eskalatoru aşağıda saxlamaq istəsə də, bacarmır. Bundan sonra o, sürətlə pilləkənləri yuxarı çıxmağa başlayır.

Buna qədər isə ticarət mərkəzində mağazalardan birinin satıcısı cəld özünü yetirir və eskalatoru saxlayaraq, uşağı xilas edir. Kadrlarda özünü itirən atanın satıcıya təşəkkür etmədən getdiyi görünür.

Məlumatlara görə, uşaq xəsarət almayıb.

Mənbə: Vesti.ru

0.55567312240601