Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Xeber-ps.com xəbər verir ki, son oyun günü “Kəpəz” - “Sabah” və “Araz Naxçıvan” - “Səbail” görüşləri keçiriləcək.

Hesabat turunda 17 xala malik “Qəbələ”nin Premyer Liqada rəsmən sonuncu yeri tutacağı dəqiqləşə bilər. Bunun üçün 31 xalı olan gəncəlilər mütləq şəkildə “Sabah”a qalib gəlməli, 32 xala sahib Naxçıvan təmsilçisi isə “Səbail”lə heç-heçə etməlidir.

Cari turdan sonra mövsümün başa çatmasına beş həftə qalır.

Qeyd edək ki, XXXI turun digər görüşlərində “Sumqayıt” səfərdə “Turan Tovuz”u 4:1, “Zirə” isə doğma meydanda “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. “Qarabağ” - “Qəbələ” matçı 2:2 hesabı ilə yekunlaşıb.

0.35952401161194