Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Xeber-ps.com-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

Görüşdə rəqib finala yüksəldiyindən M.Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda mübarizə aparacaq.

0.3311140537262