Bakıda ev yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

Xeber-ps.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.42050004005432